Azərbaycan 2023-cü ilin aprel ayında İtaliyaya neftin ən iri tədarükçüsü statusunu qoruyub.
İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, Azərbaycan 2023-cü ilin mart ayında da İtaliyaya neft ixracının həcminə görə birinci pillədə qərarlaşmışdı.
Apreldə İtaliyaya neft idxalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6,6% artaraq 5,515 milyon ton təşkil edib.
Hesabat dövründə İtaliyaya neft tədarükçülərinin beşliyinə Azərbaycan (1,322 milyon ton: “Azeri Light” - 1,059 milyon ton, “Azeri Blend” - 263 min ton), Qazaxıstan (871 min ton), İraq (837 min ton), Liviya (802 min ton) və ABŞ (418 min ton) daxil olub.
2023-cü ilin aprel ayında Azərbaycandan İtaliyaya neft tədarükü illik müqayisədə 66,9% artıb.
Azərbaycan 2023-cü ilin yanvar-aprel aylarında İtaliyaya 3,506 milyon ton neft (artım 0,8%) ixrac edib.
Apreldə Rusiya ardıcıl 5 aydır ki, İtaliyaya ixrac həyata keçirməyib.
Apreldə “Azeri Light” markalı neftin bir bareli $87,55-ə (azalma 22%), “Azeri Blend”in bir bareli $85,65-ə (azalma 23,5%), Qazaxıstanın “CPC Blend” və “KEBCO” neftinin bir bareli müvafiq olaraq $88,81-ə və $84,06-ya alınıb.
Hesabat ayında İtaliya üçün bir barel neftin orta idxal qiyməti $85,06 (azalma 19,1%) təşkil edib. Ən bahalı neft növü “Bu Attifel” ($121,19), ən ucuz neft növü isə “WTI Light” nefti ($64,08) olub.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət