Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə İsrailin turizm naziri Haim Katz ilə görüşüb, tərəflər Azərbaycan-İsrail turizm əlaqələrinin mövcud vəziyyəti və gələcək perspektivlər barədə müzakirələr aparıblar.
“Görüş zamanı Azərbaycan Turizm Bürosunun Təl-Əviv şəhərindəki turizm nümayəndəliyinin fəaliyyəti, birbaşa uçuşların sayının artırılması, İsrail universitetləri ilə tələbə mübadiləsi proqramları, birgə turizm məhsullarının formalaşdırılması və qarşılıqlı təcrübə mübadiləsi nəzərdən keçirilib”, - DTA-nın məlumatında deyilir,
O cümlədən, B2B (biznesdən biznesə) və B2C (biznesdən müştəriyə) formatlı əməkdaşlığın və İsrail media nümayəndələrinin Bakıya səfərlərinin təşkil edilməsi haqqında fikir mübadiləsi aparılıb.
Eyni zamanda, işğaldan azad olunmuş ərazilərin (Qarabağ və Şərqi Zəngəzurun - İF) turizm sektoruna investisiyaların cəlb edilməsi məqsədilə İsrail şirkətlərindən ibarət nümayəndə heyətinin Azərbaycana tanışlıq turuna dəvət olunması təklif olunub.
DTA-nın məlumatına görə, 2022-ci ildə İsraildən Azərbaycana səfər edənlərin sayı 4 dəfə artaraq 23 935 nəfər təşkil edib. 2023-cü ilin son 5 ayında isə Azərbaycana səfər edən İsrail vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 70% artaraq 8 611 nəfər olub. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət