2023-cü ilin yanvar-may ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 12,7 milyon ton neft (kondensatla birlikdə), o cümlədən “Azəri-Çıraq-Günəşli” blokundan 7,7 milyon ton neft (ölkə üzrə bütün hasilatın 60,6%-i) hasil edilib.
Energetika Nazirliyinin operativ məlumatına görə, 2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 12,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib, azalma 8,6% olub. Neft hasilatının 7,7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin (azalma 12,5% - İF), 1,8 milyon tonu (kondensat) “Şahdəniz”in (azalma 5,3%) payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,2 milyon ton (2022-ci ilin yanvar-may aylarındakı səviyyədə - İF) təşkil edib.
Hesabat dövründə 10,6 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub, azalma 7% olub. Bunun 9,5 milyon tonu konsorsiumun, 1,1 milyon tonu isə SOCAR-ın payına düşür.
2023-cü ilin yanvar-may ayları üzrə ölkədə neftin emalı 2,5 milyon ton (artım 17,5% - İF) təşkil edib.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 iyun 2023-cü il tarixinədək AÇG-dən 574,5 milyon ton neft, “Şahdəniz”dən isə 42,1 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 01 iyun 2023-cü il tarixinədək 614,7 milyon tonu ixraca nəql edilib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi haqqında 2050-ci ilədək olan dövrü əhatə edən yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, “ONGC Videsh” (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları bp (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), NICO (10%) və “Cənub Qaz Dəhlizi” QSC-dir (21,02%).
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir. “Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət