2023-cü ilin yanvar-iyun aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə (törəmə alətlər istisna olmaqla) birja əqdlərinin ümumi dövriyyəsi 7 milyard 793 milyon 468,091 min manat təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BFB-dən məlumat verilib.
3 milyard 184 milyon 38,811 min manat (azalma 28,4%) dövlət qiymətli kağızları ilə əqdlərin payına düşüb. Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların həcmi 1 milyard 311 milyon 371,195 min manat (artım 39,6%) olub. İlkin bazarda 1 milyard 15 milyon 42,354 min manatlıq, təkrar bazarda 296 milyon 328,841 min manatlıq istiqraz yerləşdirilib.
Hesabat dövründə AMB-nin qısamüddətli notlarının yerləşdirilmə həcmi 1 milyard 872 milyon 667,615 min manat (azalma 1,9 dəfə) təşkil edib. İlkin bazarda 1 milyard 514 milyon 911,477 min manatlıq, təkrar bazarda 357 milyon 756,138 min manatlıq not yerləşdirilib.
Birinci yarımillikdə BFB-nin ümumi dövriyyəsində 680 milyon 448,385 min manat (artım 29,8%) korporativ bazarın, o cümlədən 395 milyon 919,841 min manat ilkin bazarın, 284 milyon 528,544 min manat təkrar bazarın payına düşüb.
İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilmə həcmi 350 milyon 457,762 min manat, sair korporativ istiqrazların yerləşdirilmə həcmi 268 milyon 889,469 min manat, səhmlərin yerləşdirilmə həcmi 61 milyon 101,153 min manat təşkil edib.
Yanvar-iyun aylarında BFB-nin ümumi dövriyyəsində 3 milyard 928 milyon 980,896 min manat (artım 32%) repo əməliyyatlarının payına düşüb.
BFB-nin məlumatına görə, aprelin sonuna birjanın kapitallaşması 4 milyard 848 milyon 500,254 min manat təşkil edib ki, bu da 2023-cü ilin əvvəlinə olan göstəricidən 15,6% çoxdur.
Xəbər verildiyi kimi, 2022-ci ildə Bakı Fond Birjasında bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 14 milyard 947 milyon 984,521 min manat təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 2,3% azdır. 2021-ci ildə dövriyyə 18,6% artaraq rekord 15,3 milyard manata çatıb.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət