Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə işgüzar səfəri çərçivəsində Ukraynanın Strateji Sənayelər Nazirliyi və Türkiyənin Sənaye və Texnologiya Nazirliyi arasında strateji sənaye sahəsində Anlaşma Memorandumu imzalanıb. Bu barədə Ukrayna Prezidentinin mətbuat xidmətindən bildirilib.
Sənəd Ukrayna və Türkiyə şirkətləri arasında strateji əhəmiyyət kəsb edən sənaye və texnologiya sahələrində əməkdaşlığın təşviqini, sözügedən sahələrdə mövcud layihələrin həyata keçirilməsinə və yeni layihələrin başlanmasına dəstək göstərilməsini nəzərdə tutur.
Əməkdaşlığın əsas istiqamətlərinə avtonom nəqliyyat vasitələrinin istehsalı üçün imkanların inkişafı, o cümlədən müxtəlif tipli pilotsuz uçuş aparatlarının istehsalının artırılması, iki ölkənin strateji sənayelərinin avtonom sistemləri, kosmik və digər texnoloji sektorlar sahəsində tədqiqatlar daxildir.
Memorandumu Ukraynanın strateji sənayelər naziri Aleksandr Kamışin və Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır imzalayıblar.
“Memorandum dövlətlər arasında tərəfdaşlığın möhkəmlənməsinə, mühüm strateji əhəmiyyət kəsb edən texnologiyaların və sənaye sahələrinin inkişafına kömək edəcək”, - deyə məlumatda qeyd olunub.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət