Bolqarıstan 2023-cü ilin yanvar-may aylarında Azərbaycandan qaz idxalını ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 dəfə - 15,581 min teracoula qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Avropa İttifaqının Statistika İdarəsinin (Avrostat) materiallarına istinadən xəbər verir.
May ayında Azərbaycandan Bolqarıstana qaz tədarükü 2,9 dəfə - 3,2 min teracoula qədər artıb.
2023-cü ilin yanvar-may aylarında Bolqarıstan Azərbaycandan 145,554 milyon avro (artım 4,1 dəfə), mayda 27,1 milyon avro dəyərində qaz (artım 3,3 dəfə) idxal edib.
Avrostatın məlumatına görə, 2021-ci illə müqayisədə 2022-ci ildə Bolqarıstan Azərbaycandan qaz idxalını 2,2 dəfə - 23,854 min teracoula qədər (443,511 min ton) artırıb. Sofiya aldığı qaza görə 383,012 milyon avro (artım 8 dəfə) ödəyib.
2022-ci ildə Azərbaycan qaz ixracını 18% - 22,3 milyard kubmetrə qədər artırıb, Avropaya 11,4 milyard kubmetr qaz (+39%) ixrac olunub.
2023-cü ildə Azərbaycandan təbii qazın ixracı 24,5 milyard kubmetr həcmində planlaşdırılır, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət