Azərbaycan “Henley & Partners Visa Restrictions Index”də yanvar reytinqi ilə müqayisədə 4 mövqe yüksələrək Uqanda ilə 72-ci yeri bölüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi şirkətin 2023-cü ilin üçüncü rübünə dair hesabatına istinadən xəbər verir.
Yanvar ayında Azərbaycan Dominikan Respublikası və Tunislə 76-cı yeri bölüşüb.
Cənubi Qafqazın digər dövlətlərinə gəlincə, bu dəfə Gürcüstan 48-ci yerdə (117 vizasız iqtiqamət), Ermənistan 74-cü yerdə (Filippin və Kabo-Verde ilə, 66 vizasız istiqamət) qərarlaşıb.
Yaponiya 5 il ərzində ilk dəfə dünyanın ən güclü pasport reytinqinə liderlikdən 3-cü yerə enib. Sinqapur lider mövqeyinə yüksəlib. Almaniya, İtaliya və İspaniya 190 ölkəyə vizasız getmək hüququ ilə ikinci yerə yüksəlib. Avstriya, Lüksemburq, Finlandiya, Fransa, İsveç, Cənubi Koreya və Yaponiya üçncü yeri bölüşüblər. Sonuncu,103-cü yerdə Əfqanıstan qərarlaşıb.
“Henley & Partners” Pasport İndeksi dünya üzrə 200-dən artıq ölkə və ərazinin viza qaydalarını təhlil edir və onları vizadan azad olan ölkələrin sayına görə sıralayır.**
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət