Azərbaycan 2023-cü ilin may ayında İtaliyaya neftin əsas tədarükçülərindən biri olaraq qalıb.
İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, mayda İtaliyaya neft idxalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 27,3% azalaraq 4,244 milyon ton təşkil edib.
Mayda İtaliyaya neft tədarükçülərinin beşliyinə Liviya (959 min ton), Azərbaycan (765 min ton: “Azeri Light” - 675 min ton, “Azeri Blend” - 90 min ton), ABŞ (622 min ton), Səudiyyə Ərəbistanı (581 min ton) və Qazaxıstan (497 min ton) daxil olub.
2023-cü ilin may ayında Azərbaycandan İtaliyaya neft tədarükü illik müqayisədə 10,2% azalıb.
Azərbaycan mart-aprel aylarında İtaliyaya neftin əsas tədarükçüsü olub.
Azərbaycan 2023-cü ilin yanvar-may aylarında İtaliyaya 4,271 milyon ton neft (azalma 1,3%) ixrac edib.
Mayda Rusiya ardıcıl 6 aydır ki, İtaliyaya ixrac həyata keçirməyib.
Mayda “Azeri Light” markalı neftin bir bareli $81,56-ya (azalma 31,7%), “Azeri Blend”in bir bareli $80,39-a (azalma 32,5%), Qazaxıstanın “CPC Blend” və “KEBCO” neftinin bir bareli müvafiq olaraq $79,52-yə və $77,72-yə alınıb.
Hesabat ayında İtaliya üçün bir barel neftin orta idxal qiyməti $79,17 (azalma 25,5%) təşkil edib. Ən bahalı neft növü “Escravos” ($96,79), ən ucuz neft növü isə “Sirtica” nefti ($51,9) olub.*
R.Kərimov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Bank Respublika”dan SƏPSƏRİN kredit şərtləri!
Yelo Bank-dan illik 5%-lik kreditlə biznesinizi böyüdün
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət