İyulun 26-da Çolpon-Ata şəhərində keçirilən Qırğızıstan-Azərbaycan biznes forumunun yekunları üzrə əməkdaşlığa dair 6 sənəd imzalanıb. Bu barədə Qırğızıstan Prezidenti yanında Milli İnvestisiya Agentliyindən məlumat verilib.
Qırğız Fond Birjası ilə Bakı Fond Birjası arasında Anlaşma Memorandumu, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və “Triniti – gələcəyin şəhəri” SC arasında Azərbaycanda və Qırğızıstanda qadın sahibkarlığının inkişafını nəzərdə tutan əməkdaşlıq sazişi imzalanıb.
Bundan başqa, “Bədən üzvləri amputasiya olunmuş şəxslər üçün futbol” və “Sağlamlıq imkanları məhdud şəxslər üçün əlbəyaxa döyüş” layihələrinin yaradılmasını nəzərdə tutan əməkdaşlıq sazişləri, “Novell” MMC və fərdi sahibkar Qabil Hüseynov arasında dondurulmuş yak ətinin alınması haqqında memorandum və “Smart Logistik” MMC və “Abşeron Logistika Mərkəzi” MMC arasında logistika sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.
Biznes forumda Azərbaycandan 60-dan çox sahibkar və investor iştirak edib. Onlar Qırğızıstan istehsalçılarının mal və məhsullarından ibarət sərgi ilə tanış olub, habelə В2В formatında ikitərəfli görüşlər keçiriblər.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət