2023-cü ilin yanvar-iyun aylarında “Muğanbank” ASC-nin aktivləri 9,7% - 721 milyon 860,4 min manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
İyunun 30-na bankın kredit portfeli 454,133 milyon manat (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 0,1% - İF) təşkil edib. İstehlak kreditləri 45,479 milyon manat (artım 2%), biznes kreditləri 269,571 milyon manat (azalma 8,7%), daşınmaz əmlak kreditləri 139,069 milyon manat məbləğində (artım 21,9%) qiymətləndirilir.
Bankın öhdəlikləri 576,006 milyon manata (azalma 18,4%) bərabərdir. Bankdakı depozitlər 393,826 milyon manat (azalma 19,9%), o cümlədən əhalinin əmanətləri 341,909 milyon manat (azalma 13,4%) təşkil edir.
“Muğanbank”ın kapitalı 145,854 milyon manat (artım 56,5%), nizamnamə kapitalı 162,5 milyon manat (artım 51,2%) təşkil edir.
2023-cü ilin birinci yarısında fəaliyyətinin yekunları üzrə bankın zərəri 2 milyon 337,12 min manat (2022-ci ilin yanvar-iyun aylarının yekunları üzrə 506,06 min manat xalis mənfəətə qarşı) təşkil edib.
“Muğanbank” 1992-ci ilin noyabr ayında yaradılıb. Bankın səhmdarları 4 fiziki şəxsdir.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət