Cümə günü “AzFinance” İnvestisiya Şirkəti $1 milyon dəyərində istiqrazlar yerləşdirib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına əsasən, istiqrazlar Bakı Fond Birjasının (BFB) meydançasında yerləşdirilib.
“Hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilib. Hərracın yekunlarına dair istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 1 milyon ABŞ dolları təşkiledib”, - BFB-dən vurğulanıb.
Emissiya bir qiymətli kağızın nominal dəyəri $1 min olan 1 min ədəd istiqraza bölünüb. İstiqrazlar üzrə gəlirlilik açıqlanmır. İstiqrazların tədavül müddəti 366 gündür.
İstiqrazların ödəmə tarixi - 28 iyul 2024-cü ildir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
“AzFinance İnvest” MMC 2014-cü ildə yaradılıb və həmin ilin aprel ayında diler və broker fəaliyyətinə lisenziya alıb. MMC 2015-ci ildə “AzFinance İnvestisiya Şirkəti” QSC-yə çevrilib. Şirkətin nizamnamə kapitalı 1,55 milyon manata bərabərdir.
2022-ci ilin sonuna MMC-nin aktivləri 8,1 milyon manata, öhdəlikləri 4,5 milyon manata bərabərdir. Ötən il şirkətin xalis mənfəəti 881,7 min manat təşkil edib.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət