Azərbaycan prezidenti İlham Əliyev Oğuz və Şəki rayonları ərazisində Əlicançay su anbarının tikintisi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Əlicançay su anbarının tikintisi ilə bağlı müvafiq tədbirlər görülməsini təmin etməli və bu su anbarının tikintisi nəticəsində içməli su ilə təmin olunacaq yaşayış məntəqələri və suvarma suyu ilə təmini nəzərdə tutulan əkin sahələri üzrə prioritetləşdirmə aparmaqla, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış təkliflərini beş ay müddətində “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Komissiyaya təqdim etməlidir.
Sənəd cümə günü dövlət başçısının saytında dərc olunub.
İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Oğuz Rayon İcra Hakimiyyəti və digər aidiyyəti dövlət qurumları Əlicançay su anbarının tikintisindən irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirləri həyata keçirməlidirlər.
Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi su anbarının tikintisinin 2023-cü ildə və növbəti illərdə maliyyələşdirilməsi üçün aidiyyəti üzrə zəruri tədbirlər görməlidirlər. **
B.Rüstəmbəyov
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət