Azərbaycanda fəaliyyət göstərən bankların xarici öhdəlikləri 2023-cü il iyunun 30-na 2 milyard 569,8 milyon manat təşkil edir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 45,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
İyun ayında bankların xarici öhdəlikləri 0,6% və ya 14,7 milyon manat (mayda +11,1 milyon manat) artıb.
AMB-nin məlumatına görə, iyunun sonuna Azərbaycan banklarının xalis xarici aktivləri 4 milyard 251,3 milyon manat təşkil edir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 33,9% azdır.
İyunda bankların xalis xarici aktivləri 1 milyard 193,9 milyon manat və ya 21,9% azalıb (mayda 22,5 milyon manat azalıb).
2022-ci ildə Azərbaycan banklarının xarici öhdəlikləri 65,7%, xalis xarici aktivləri 10,7% artıb.
Azərbaycan banklarının xarici öhdəlikləri qeyri-rezidentlərdən cəlb edilən kredit və depozitlərdən, qeyri-rezidentlərdə yerləşdirilən qiymətli kağızlardan formalaşır.
2023-cü il iyunun sonuna Azərbaycanda 24 bank fəaliyyət üçün lisenziyaya malikdir.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət