Avqustun 10-da xarici işlər naziri Ceyhun Bayramov ilə Şimali Makedoniyanın xarici işlər naziri və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri Buyar Osmani arasında telefon danışığı olub.
“Telefon danışığı zamanı ATƏT çərçivəsində əməkdaşlıq məsələləri, Azərbaycan və Şimali Makedoniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, Azərbaycan-Ermənistan sülh prosesi və bölgədə mövcud vəziyyət müzakirə olunub”, - deyə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
C.Bayramov Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı artan təxribatların sülh prosesinin irəliləməsinin qarşısının alınmasına hesablandığını diqqətə çatdırıb. Xüsusilə Ermənistanın bölgədə sabitliyin bərqərar edilməsi, erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiya səylərinə təhdid törədən Laçın sərhəd-keçid məntəqəsinə qarşı törətdiyi təxribatlarının bu ölkənin sülh prosesində maraqlı olmadığını göstərdiyi bildirilib.
XİN rəhbəri Ermənistanın “bölgədə gərgin humanitar vəziyyət”, “blokada” kimi iddialar irəli sürməsinin heç bir əsasının olmadığını, erməni sakinlərin tələbatlarının ödənməsi üçün tərəfimizdən təklif olunan “Ağdam-Xankəndi” yolunun fəaliyyətinə maneələr törədilməsinin də məsələnin Ermənistanın təqdim etdiyi kimi humanitar xarakterli deyil, siyasi olduğunu nümayiş etdirdiyini diqqətə çatdırıb.
Ermənistanın 30 ilə yaxın hərbi işğalının, postmünaqişə dövründə isə beynəlxalq hüquq normalarına və öhdəliklərinə zidd olaraq Laçın yolundan hərbi məqsədlər, təbii resurslarımızın Ermənistana daşınması, mina təhdidinin davam etdirilməsi məqsədilə istifadə etməsinin qəbuledilməzliyi, bu təxribatçı addımların qarşısının alınması üçün Laçın sərhəd-buraxılış məntəqəsinin əhəmiyyəti C.Bayramov tərəfindən qeyd olunub.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət