2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 15,9% - 2 milyard 598,2 milyon manata qədər ($1 milyard 528,4 milyon) artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
7 ay ərzində 838,5 min ton avtomobil benzini (artım 29,8%), 334,2 min ton təyyarə yanacağı (artım 8,1%), 1 milyon 351,3 min ton qazoyl/dizel yanacağı (artım 25,5%), 35,4 min ton sürtkü yağları (artım 63,1%), 141 min ton maye qaz (artım 15,5%), 142,2 min ton neft koksu (artım 46,3%) istehsal edilib.
Mazut istehsalı 94% - 4 min tona qədər, neft bitumu istehsalı 39,7% - 137,7 min tona qədər azalıb.
2023-cü il avqustun 1-nə Bakı Neft Emalı Zavodunun anbarlarında 4,6 min ton avtomobil benzini, 39,7 min ton təyyarə yanacağı, 87,4 min ton qazoyl (dizel yanacağı), 1,8 min ton mazut, 5,8 min ton sürtkü yağları, 2 min ton maye qaz, 11,1 min ton neft bitumu, 13,6 min ton neft koksu var.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət