2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 29% azalaraq $1,8 milyard ekvivalentində olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
“Hesabat dövründə banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi $1,8 milyard təşkil edib. Bunun 84%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib”, - deyə məlumatda bildirilir.
6 ayda nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi 13.4 milyard ABŞ dolları ekvivalentində olub (2022-ci ilin I yarısı ilə müqayisədə azalma 8,2% - İF). Nağdsız valyuta əməliyyatlarının 79.5%-i ABŞ dollarında, 20.5%-i isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 20%-i banklararası valyuta bazarında (BVB), 80%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.
I yarımillikdə BVB-də əməliyyatların 97,3%-i ABŞ dollarında aparılıb. Hesabat dövründə BVB-də əməliyyatların həcmi 2.7 milyard ABŞ dolları ekvivalentində olub (2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə azalma 35,7%). BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.
BDVB-də valyuta əməliyyatlarının həcmi 10.7 milyard ABŞ dolları ekvivalentində olub (artım 1,9%). Əməliyyatların 75%-ni ABŞ dolları ilə aparılan əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 93.2%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət