2023-cü ilin I yarısında Azərbaycanla Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6% azalaraq 11,168 milyard avro təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Aİ-nin Statistika İdarəsinin (Avrostat) materiallarına istinadən xəbər verir.
Statistik məlumatlara görə, cari ilin I rübündə Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi 5,858 milyard avro (azalma 4,2%), II rübdə 5,31 milyard avro (azalma 30,1%) təşkil edib.
I yarımillikdə Aİ ölkələri arasında Azərbaycanın əsas ticarət tərəfdaşları İtaliya (6,198 milyard avro, 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə azalma 30,8%), Yunanıstan (781,224 milyon avro, artım 26,4%), İspaniya (691,334 milyon avro, artım 76,9%), Çexiya (667,177 milyon avro, artım 8,1%) və Almaniya (539,793 milyon avro, azalma 51,3%) olub.
2023-cü ilin yanvar-iyun aylarında Azərbaycandan Aİ ölkələrinə ixrac 9,973 milyard avro (azalma 22,8%), o cümlədən I rübdə 5,229 milyard avro (azalma 9,1%), II rübdə 4,744 milyard avro (azalma 33,8%) təşkil edib.
2023-cü ilin I yarısında Aİ ölkələrindən Azərbaycana idxal 1,195 milyard avro (artım 50,1%), o cümlədən I rübdə 629,691 milyon avro (artım 72,7%), II rübdə 564,896 milyon avro (artım 30,9%) təşkil edib.
Beləliklə, bu ilin I yarısında Aİ ölkələri ilə idxal-ixrac münasibətlərində Azərbaycanın müsbət saldosu 8,778 milyard avro (2022-ci ilin yanvar-iyun aylarına nisbətən azalma 27,6%) təşkil edib.
2022-ci ildə Azərbaycan və Aİ ölkələri arasında ticarət dövriyyəsi rekord səviyyəyə - 33,091 milyard avroya (2021-ci illə müqayisədə artım 2,3 dəfə), Azərbaycanın ixracı 2,4 dəfə artaraq rekord həddə - 31,044 milyard avroya, idxalı isə 39,4% artaraq 2,047 milyard avroya çatıb.
2022-ci ildə Aİ ilə ticarət əlaqələrində Azərbaycanın müsbət saldosu 28,997 milyard avro təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 2,5 dəfə çoxdur.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət