Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ilin I yarısında Azərbaycandan 30,174 milyon avro dəyərində (artım 5,6 dəfə) 75,76 min ton karbamid (artım 8,6 dəfə) idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Aİ-nin Statistika İdarəsinin (Avrostat) materiallarına istinadən xəbər verir.
Azərbaycan bir aylıq fasilədən sonra iyunda Aİ ölkələrinə karbamid ixracını bərpa edib və cari ildə ilk dəfə bu məhsulu Polşaya kiçik həcmdə (0,071 milyon avro dəyərində 0,18 min ton) ixrac edib.
Yanvar-iyun aylarında karbamid idxalçılarının ilk beşliyində Rumıniya (17,624 milyon avro dəyərində (artım 3,3 dəfə) 45,865 min ton (artım 5,2 dəfə), İtaliya 7,835 milyon avro dəyərində 19,44 min ton (bir il əvvəl tədarük həyata keçirilməyib), Yunanıstan 2,818 milyon avro dəyərində 5,5 min ton (bir il əvvəl tədarük həyata keçirilməyib), Sloveniya (1,811 milyon avro dəyərində 4,753 min ton (bir il əvvəl tədarük həyata keçirilməyib) və Polşa (0,071 milyon avro dəyərində 0,18 min ton (bir il əvvəl tədarük həyata keçirilməyib) yer alıb.
2022-ci ildə Aİ ölkələri Azərbaycandan 53,784 milyon avro dəyərində (artım 1,7 dəfə və ya 74,2%) 78,651 min ton karbamid (2021-ci illə müqayisədə artım 31,9%) idxal edib.
Azərbaycanda mineral gübrə istehsalı ilə SOCAR Carbamide Plant məşğul olur.
SOCAR Carbamide Plant 2019-cu il yanvarın 16-da istismara verilib, iyunda müəssisə karbamid ixracına başlayıb. Müəssisə ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarətdir, gündəlik istehsal gücü 1,2 min ton ammonyak və 2 min ton karbamid təşkil edir. Zavodun karbamid ixracından illik $160 milyon gəlir əldə edəcəyi proqnozlaşdırılır. Zavodun tikintisinin ümumi dəyəri 780 milyon avro təşkil edib. Bu məbləğdən 500 milyon avro borc vəsaitin payına düşüb.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət