2023-cü ilin yanvar-avqust aylarında Azərbaycana $1 milyard 68 milyon 364,11 min dəyərində (artım 62,4%) 65 726 ədəd (2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə artım 33,5%) avtomobil nəqliyyatı vasitəsi idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Hesabat dövründə respublikaya gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – $964 milyon 581,94 min dəyərində (artım 84,9%) 60 922 ədəd avtomobil (artım 33,8%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Həmçinin $74 milyon 136,17 min dəyərində 1 803 ədəd elektrokar və $222,364 milyon dəyərində 9 640 ədəd hibrid avtomobil gətirilib. Bundan başqa, ölkəyə yük daşımaları üçün nəzərdə tutulmuş $70 milyon 919,13 min dəyərində (artım 7%) 4 483 ədəd motorlu nəqliyyat vasitəsi (artım 40%), o cümlədən $27 milyon 371,16 min dəyərində 240 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (artım 23,1%) gətirilib. Hesabat dövründə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün $5 milyon 4091,88 min dəyərində 81 ədəd motorlu nəqliyyat vasitəsi (azalma 8,3 dəfə) gətirilib. 2022-ci ildə Azərbaycana $1 milyard 57 milyon 792,37 min dəyərində 74,577 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət