Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) sədri Taleh Tahir oğlu Kazımovun imzasının əks olunduğu yenilənmiş 1 manatlıq kağız pul nişanları 18 sentyabr 2023-cü il tarixindən etibarən tədavülə buraxılır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
İmza banknotun ön tərəfindən sol yuxarı küncdə təsvir edilib. Həmçinin kağız pul nişanının üzərində “2023” istehsal ili əks etdirilib.
Yenilənmiş 1 manatlığın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.
“Yenilənmiş 1 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq”, - deyə məlumatda bildirilir.
Hazırda Azərbaycanda 1, 5, 10, 20, 50, 100 və 200 manat nominallı kağız əskinaslar dövriyyədədir.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət