Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin Qarabağ regionunda keçirilmiş lokal xarakterli antiterror tədbirləri ilə bağlı bəyanatını tənqid edib.
“Borrelin regionda baş verən son hadisələrlə bağlı bəyanatı yerlərdəki bütün reallıqları qəsdən təhrif edir”, - XİN-in bəyanatında deyilir
“İnterfaks-Azərbaycan” məlumat verir ki, nazirlik xatırladır ki, Aİ Azərbaycanın suveren ərazilərinin 30 ilə yaxındır davam edən hərbi işğalını pisləməkdən həmişə çəkinmiş və 2020-ci il müharibəsindən sonra Azərbaycanın regionda sülh və sabitliyin bərqərar edilməsi istiqamətində fəaliyyətini heç vaxt təqdir etməmişdir. Azərbaycana qarşı təhdidedici bəyanat səviyyəsinə qədər ikitərəfli yanaşma regionumuzda sülhə xələl gətirir.
“Bir daha xatırladırıq ki, Azərbaycanın öz suveren ərazilərində yerləşdirilmiş qanunsuz erməni hərbi birləşmələrinin məhv edilməsi üzrə qanuni tədbirləri növbəti təxribatların və hücumların qarşısının alınmasına yönəlib”, - XİN qeyd edir.
“Bu gün Yevlaxda Azərbaycan hakimiyyəti ilə erməni sakinlərin nümayəndələri arasında Ermənistan sakinlərinin reinteqrasiyası, infrastrukturun bərpası və Azərbaycanın Konstitusiyası və qanunları əsasında fəaliyyətin təşkili ilə bağlı konstruktiv müzakirələrə bir daha Aİ tərəfindən açıq məhəl qoyulmaması Aİ daxilində müəyyən dairələrin dar siyasi məqsədlərini təsdiqləyir”, - Azərbaycan XİN-də hesab edirlər.
Nazirlik Borrelin humanitar vəziyyət, yerli erməni sakinlərin hüquq və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı iddialarına toxunaraq, diqqətə çatdırır ki, bugünkü müzakirə nəticəsində Azərbaycan beynəlxalq tərəfdaşlarının dəstəyi ilə yerli ermənilərə daha yaxşı abad həyat lazımi köməklik göstərəcək. “Azərbaycanın bu istiqamətdə hərəkətlərinə hər hansı müdaxilə əks-məhsuldar və faydasız olardı”.
«Həmçinin bildirmək istəyirik ki, Azərbaycan Ermənistanla sülhə sadiqdir və ümid edirik ki, Azərbaycan tərəfindən marionet rejimin və qanunsuz erməni hərbi birləşmlərinin qalıqlarının zərərsizləşdirilməsi tədbirləri Ermənistanla sülh sazişinin bağlanmasına müsbət təsir göstərəcək», - XİN qeyd edir. **
R.Əhmədov
Yelo Bank-ın əsas maliyyə göstəricilərində pozitiv tendensiya davam edir!
“Azpetrol” 27 yaşını qeyd edir!
Bank Respublika inkişaf tempini əhəmiyyətli dərəcədə artıraraq yüksək nəticələr əldə edib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo App-də komissiyasız xarici pulköçürmələri!
İllik 9.5% ilə kredit üçün son bir həftə!
Bank Respublika və SİF media nümayəndələri üçün Lənkərana press-tur təşkil edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət