Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 22-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin bu həftə ölkənin Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar edilməsi üçün prosesləri sürətləndirəcək.
Azərbaycan XİN-dən verilən məlumata görə, görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində baş tutub.
Bayramovun sözlərinə görə, bu tədbirlər, həmçinin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiya prosesini sürətləndirməyə imkan verəcək.
“Bayramov ölkəmiz tərəfindən qeyri-qanuni erməni silahlı birləşmələrinə qarşı görülən antiterror tədbirləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. 24 saatdan az bir zaman çərçivəsində həyata keçirilən antiterror tədbirlərinin Ermənistan tərəfindən maliyyələşdirilən və dəstəklənən qanunsuz hərbi mövcudluğun varlığına son qoyulması ilə uğurla yekunlaşdığı qeyd olunub”, - deyə məlumatda bildirilir.
O əlavə edib ki, hazırda bölgədə müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingenti ilə koordinasiya edilərək, ciddi şəkildə hərbiləşmiş erməni silahlı qüvvələrinin silah-sursatının müsadirəsi istiqamətində əməli addımlar atılır. Bu prosesə paralel olaraq, Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə reinteqrasiya prosesi istiqamətində dialoq aparılır və ötən gün Yevlaxda birinci görüş keçirilib.
“Görüşdə, həmçinin iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə XİN qeyd edir.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət