Prezident İlham Əliyev oktyabrın 5-də Qranadada keçiriləcək görüşün Cənubi Qafqazda sülh gündəliyinin inkişafına təkan verəcəyinə ümidvarlığını ifadə edib.
Əliyev bu fikri oktyabrın 2-də Anqlikan Kilsəsinin dini rəhbəri, Kenterberi Arxiyepiskopu Castin Velbini qəbul edərkən səsləndirib.
“İnterfaks-Azərbaycan” agentliyinin dövlət başçısının saytına istinadən verdiyi xəbərə görə, Əliyev Azərbaycanın sülh müqaviləsi (Ermənistanla – İF) ilə bağlı təşəbbüslə çıxış etdiyini qeyd edib.
“Prezident İlham Əliyev sülh gündəliyinin irəli aparılması üçün regionda tarixi imkanların və fürsətlərin yarandığını bildirib, hazırda ölkəmizin bu istiqamətdə göstərdiyi səylərə toxunub. Azərbaycan Prezidenti antiterror tədbirləri dayandırıldıqdan sonra mərkəzi hökumət tərəfindən Qarabağ bölgəsində yaşayan erməni əhalisinə genişmiqyaslı humanitar yardımlar edildiyini vurğuladı, miqrasiya, sosial müdafiə və səhiyyə sahələri ilə bağlı əhaliyə yerində xidmətlər göstərildiyini diqqətə çatdırıb”, - deyə məlumatda qeyd olunur.
Dövlət başçısı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qarabağın erməni sakinlərinin hüquqlarının və təhlükəsizliyinin təmin olunması ilə bağlı geniş ictimaiyyətə, həmçinin ermənilərə ünvanlanmış bəyanat verdiyini vurğulayıb.
“Kenterberi bu cür postmünaqişə şəraitində etimad quruculuğu və etnik barışığın vacib olduğunu deyərək, bununla bağlı öz təcrübəsini bölüşməyə hazır olduğunu bildirib. Söhbət zamanı etnik barışığın və vətəndaş cəmiyyəti təşkilatlarının rolu qeyd edilib”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, oktyabrın 5-də Qranadada Azərbaycan Prezidenti, Ermənistanın baş naziri, Fransa Prezidenti, Almaniya kansleri və Avropa İttifaqı Şurasının sədrinin iştirakı ilə beştərəfli görüşün keçirilməsi nəzərdə tutulub.*
Xəbərlər şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət