“AFB Bank” 2023-cü ilin yanvar-sentyabr aylarında aktivlərini 7,9% - 304 milyon 624,11 min manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Sentyabrın 30-na bankın kredit portfeli 169 milyon 619,88 min manata (2022-ci il dekabrın 31-nə olan göstərici ilə müqayisədə azalma 0,7% - İF), istehlak kreditləri 22 milyon 55,48 min manata (artım 15,6%), biznes kreditləri 90 milyon 341,23 min manata (azalma 11,1%), daşınmaz əmlak kreditləri 57 milyon 223,17 min manata (artım 14,2%) bərabərdir.
“AFB Bank”ın öhdəlikləri 225 milyon 906,19 min manat (artım 13,6%) təşkil edir. Bankdakı depozitlər 146 milyon 169,26 min manat (artım 25,8%), fiziki şəxslərin əmanətləri 53 milyon 632,21 min manat (artım 1,8 dəfə) məbləğindədir.
“AFB Bank”ın kapitalı 78 milyon 717,92 min manat (azalma 5,7%), nizamnamə kapitalı 70 milyon 393,455 min manat (dəyişməyib) təşkil edib.
2023-cü ilin yanvar-sentyabr aylarında fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 6 milyon 292,98 min manat (azalma 1,8 dəfə) təşkil edib.
“AFB Bank” 2008-ci il noyabrın 28-də bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Bankın səhmdarları 3 fiziki şəxsdir.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət