“Yapı Kredi Bank Azerbaijan” QSC 2023-cü ilin yanvar-sentyabr aylarında aktivlərini 4,4% - 460 milyon 599,91 min manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 sentyabr 2023-cü il tarixinə “Yapı Kredi Bank Azerbaijan”ın kredit portfeli 257 milyon 262,05 min manata (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 8,6%), o cümlədən istehlak kreditləri 59 milyon 950,3 min manata (artım 32,3%), biznes kreditləri 166 milyon 869,17 min manata (azalma 1,4%) bərabərdir.
Bankın öhdəlikləri 365 milyon 691,56 min manat (azalma 8,1%), depozitlər 326 milyon 204,48 min manat (azalma 10,3%), əhalinin əmanətləri 80 milyon 63,24 min manat (azalma 0,9%), hüquqi şəxslərin əmanətləri 246 milyon 141,24 min manat (azalma 13,1%) təşkil edir.
“Yapı Kredi Bank Azerbaijan”ın kapitalı 94 milyon 908,34 min manat (artım 12,9%), nizamnamə kapitalı 55 milyon 380,7 min manat (dəyişməyib) təşkil edir.
Bank 2023-cü ilin yanvar-sentyabr aylarını 10 milyon 93,45 min manat məbləğində xalis mənfəətlə (2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə artım 25,7 dəfə) başa vurub.
“Yapı Kredi Bank Azerbaijan” 1998-ci ildə yaradılıb. Bankın səhmdarları 3 Türkiyə şirkətidir.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət