İsrail hakimiyyəti bilavasitə Qəzza zolağında daha çox hərbçinin iştirak edəcəyi münaqişənin ikinci mərhələsinə keçmək barədə yekdilliklə qərar qəbul edib. Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu şənbə günü mətbuat konftansında bildirib.
«Biz yekdilliklə hərbi hücumu genişləndirməyə dair razılığa gəldik», - İsrail mətbuatı Netanyahunun sözlərindən sitat gətirir. Münaqişənin yeni mərhələsinin başlanğıcı dünən gecə daha çox sayda quru qoşununun Qəzza zolağına daxil edilməsi olub.
Baş nazir bəyan edib ki, əməliyyatın bu mərhələsinin məqsədi «HƏMAS-ın hərbi və idarəetmə potensialını məhv etmək və girovları qaytarmaqdır». O qeyd edib ki, İsrailin Müdafiə Ordusu (İMO) israilli girovların qaytarılması üçün əlindən gələni edəcək.
Netanyahu həmçinin İMO-nu hərbi cinayətlərdə günahlandıran hər kəsi riyakar adlandırıb və Qəzza zolağının dinc sakinlərini bir daha cənuba təxliyə etməyə çağırıb.
«Bu mənim həyatımın işidir», - deyə o, HƏMAS yaraqlılarına qarşı mübarizəni təsvir edərkən bildirib.
Öz növbəsində, müdafiə naziri Yoav Qalant bir daha bəyan edib ki, «bu müharibə qısa olmayacaq». O qeyd edib ki, yeni mərhələyə keçdikdən sonra bu gün ordu HƏMAS-ın obyektlərinə güclü zərbələr endirib.
Qalant əlavə edib ki, İsrail digər ölkələr tərəfindən istənilən təhdidlə mübarizə aparmağa tam hazırdır və əməliyyata cavabdeh hərbi rəsmilərə «tam etibar” edir. **
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət