2027-ci ilədək Ağdam şəhərinə 20 min nəfərin köçürülməsi planlaşdırılır. Bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov məlumat verib.
“2026-cı ilin sonunadək Ağdam şəhərinə 20 min keçmiş məcburi köçkünün köçürülməsi planlaşdırılır”, - Hüseynov “Xalq qəzeti” nəşrinə bəyan edib.
O qeyd edib ki, onların məskunlaşması məqsədilə Ağdamda yaşayış komplekslərinin tikintisi davam edir.
Prezidentin xüsusi nümayəndəsinin sözlərinə görə, birinci yaşayış komleksi Ağdam Sənaye Parkının yaxınlığında yerləşir. 6 binadan ibarət kompleksdə tikinti işlərinin 2023-cü ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub.“PMD Group” MMC tərəfindən tikilən “Ağdam Rezidens” yaşayış kompleksi 209 mənzildən ibarətdir.
Hüseynov əlavə edib ki, Ağdam şəhərin əhalisi 100 min nəfər nəzərdə tutulub. Əhalinin yalnız 30%-i fərdi evlərdə yaşayacaq. Bunun üçün 1750 fərdi ev nəzərdə tutulub. Qalan 70%-i isə binalarda yaşayacaq. Bu məqsədlə isə 23 min mənzil olacaq.
Özəl sektor daha bir layihənin həyata keçirilməsində iştirak edir. Hazırda “Park Hill” şirkəti tərəfindən “Park Qarabağ» yaşayış kompleksinin inşası davam edir. Bu kompleksin layihələndirilməsi Azərbaycanın “Azərbaycan inkişaf”, ABŞ-ın “Gensler” və Türkiyənin “URAL mühəndislik” şirkətləri tərəfindən həyata keçirilib. “Park Qarabağ” yaşayış kompleksi də şəhərin mərkəzində, məscidin və gələcəkdə salınacaq mərkəzi parkın yaxınlığında inşa edilir. Layihənin 2024-cü ildə tamamlanması planlaşdırılır.
Hazırda qeyd olunan yaşayış komplekslərinin mənzilləri satışa çıxarılıb. Əldə olunan gəlir digər yaşayış binalarının tikintisinə yönəldiləcək.
Ərazidə daha 2 yaşayış kompleksinin də təməli qoyulub. Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2-ci və 3 yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak edib.
İkinci yaşayış məhəlləsinin ümumi sahəsi 14 hektara yaxındır.Bu məhəllədə tikiləcək yaşayış binalarında, ümumilikdə, 1268 mənzil olacaq. Üçüncü yaşayış məhəlləsinin tikintisi də davam edir. Ümumi sahəsi 17 hektara yaxındır, burada 1239 mənzil olacaq.
Nəşr qeyd edir ki, tezliklə şəhər ərazisində digər yaşayış komplekslərinin tikintisinə də başlanacaq.**
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət