Dövlət Gömrük Komitəsi (DGK) 2023-cü ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə 5 milyard 235 milyon 782,19 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2022-ci ilin yanvar-oktyabr aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 4 milyard 646 milyon 45,2 min manat təşkil edib. Beləliklə, 2023-cü ilin müvafiq dövründə dövlət büdcəsinə köçürmələr 12,7% artıb.
Dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 3 milyard 677 milyon 45,2 min manat (artım 10,7%), aksizlər üzrə 186 milyon 651 min manat (artım 39,7%), yol vergisi üzrə 36 milyon 513 min manat (azalma 30,6%) təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 1 milyard 356 milyon 924,9 min manat məbləğində (artım 19,3%) olub.
2023-cü ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 5 milyard 728 milyon manat təşkil edir.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət