İsrail hərbçiləri bazar günü sakinlərin Qəzza zolağının ikinci ən böyük şəhəri Xan Yunisə təxliyəsi əmri verilən zonanı genişləndirib. Bu barədə “Associated Press” agentliyi xəbər verir.
Nəşrin məlumatına görə, İsrail Müdafiə Ordusu Xan Yunis və ətraf ərazilərdəki ən azı 5 bölgənin əhalisini təhlükəsizlik baxımından bu yerləri tərk etməyə çağırıb.
Yerli sakinlər bildiriblər ki, İsrail hərbçiləri bu zonanı tərk etməklə bağlı xəbərdarlıq vərəqələri səpələyiblər. “Xan Yunis şəhəri təhlükəli döyüş bölgəsidir”, - deyə xəbərdarlıqda qeyd olunub.
Agentliyin məlumatına görə, bazar gününə keçən gecə Xan Yunis, Rəfah yaxınlığında və anklavın şimalında güclü bombardman olub.
Qəzzada döyüşlər dekabrın 1-də tərəflərin 7 günlük atəşkəsin uzadılmasına nail ola bilməməsindən sonra yenidən başlayıb. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi HƏMAS-ı atəşkəs razılaşmasının şərtlərini pozmaqda ittiham edib, çünki qruplaşmanın yaraqlıları İsrail ərazisinə raket zərbələri endirib və girovluqda olan israillilərin azad edilməsini dayandırıb.
7 günlük atəşkəs dövründə HƏMAS 104 girovu - 80 israillini və 24 əcnəbini, İsrail isə 240 fələstinli məhbusu azad edib.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət