Şənbə günü Azərbaycan və BƏƏ prezidentləri arasında telefon danışığı baş tutub.
“Dekabrın 9-da Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı dövlət başçıları ölkələrimiz arasında münasibətləri və gələcək əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər. Prezidentlər Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud əməkdaşlıq sahələrinə, xüsusilə iqtisadi inkişaf, bərpaolunan enerji və ölkələrimizin davamlı inkişafı üçün digər vacib istiqamətlərdə əməkdaşlıq imkanlarına toxunublar”, - Azərbaycan liderinin Mətbuat Xidməti məlumat verir.
Bundan başqa, prezidentlər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Telefon danışığı əsnasında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində Dubayda təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinə toxunulub.
“Əliyev bu Sammitin uğurla keçirilməsi münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin prezidentini təbrik edib, bu tədbirdə iştirak etmək üçün Dubaya səfəri zamanı Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşünü məmnunluqla xatırlayıb və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Azərbaycan prezidenti bu tədbirin nəticələrinin qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə praktiki və əhəmiyyətli töhfə verəcəyinə, həmçinin dünyada davamlı inkişafa xidmət edəcəyinə ümidvarlığını bildirib”, - məlumatda vurğulanır. **
İnformasiya şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət