2023-cü ilin yanvar-noyabr aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 21 milyard 836 milyon 902,192 min manat təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 1,8 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BFB-dən məlumat verilib.
7 milyard 400 milyon 510,747 min manat (artım 10,7%) dövlət qiymətli kağızları ilə əqdlərin payına düşüb. Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların həcmi 3 milyard 696 milyon 81,083 min manat (artım 1,9 dəfə) olub. İlkin bazarda 2 milyard 997 milyon 392 min manatlıq, təkrar bazarda 698 milyon 689,083 min manatlıq istiqraz yerləşdirilib.
Hesabat dövründə AMB-nin qısamüddətli notlarının yerləşdirilmə həcmi 3 milyard 704 milyon 429,663 min manat (azalma 21,2%) təşkil edib. İlkin bazarda 3 milyard 9 milyon 880,458 min manatlıq, təkrar bazarda 694 milyon 549,205 min manatlıq not yerləşdirilib.
11 ay ərzində BFB-nin ümumi dövriyyəsində 1 milyard 337 milyon 650,164 min manat (artım 4,9%) korporativ bazarın, o cümlədən 661 milyon 580,851 min manat ilkin bazarın, 676 milyon 69,312 min manat təkrar bazarın payına düşüb.
İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilmə həcmi 919 milyon 751,563 min manat, sair korporativ istiqrazların yerləşdirilmə həcmi 354 milyon 688,991 min manat, səhmlərin yerləşdirilmə həcmi 63 milyon 209,61 min manat təşkil edib.
Hesabat aylarında BFB-nin ümumi dövriyyəsində 13 milyard 98 milyon 741,281 min manat repo əməliyyatlarının (artım 3 dəfə) payına düşüb.
BFB-nin məlumatına görə, noyabrın sonuna birjanın kapitallaşması 5 milyard 904,144 min manat təşkil edib ki, bu da 2023-cü ilin əvvəlinə olan göstəricidən 19,3% çoxdur.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət