Bakı bütün Aİ qurumlarını və üzv dövlətləri öz konstruktiv dəstəyini verməyə və ya heç olmasa, Ermənistanla normallaşma prosesinə zərər verə biləcək hərəkətlərdən çəkinməyə çağırır. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib.
“Azərbaycanın Ermənistanla beynəlxalq hüquqa əsaslanan normallaşma prosesi ilə bağlı mövqeyi prinsipial və ardıcıldır. Azərbaycanın təşəbbüsü ilə başlanan və son üç ildə fəal şəkildə irəliləyən bu prosesi davam etdirmək əzmimiz sarsılmazdır” – Bayramov bazar ertəsi Brüsseldə Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin xarici işlər nazirlərinin görüşündə bildirib.
Onun sözlərinə görə, Azərbaycan ərazilərinin işğalına son qoyulması ilə akı ilə İrəvan arasında münasibətərin normallaşması üçün “tarixi fürsət pəncərəsi açılıb”. “Dövlətlərin bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmət edilməsi Cənubi Qafqazda davamlı sülh, sabitlik və firavanlığa aparan yeganə yoldur”, - nazir deyib.
Bununla əlaqədar Bayramov bütün Aİ qurumlarını və üzv dövlətləri “öz konstruktiv dəstəyini verməyə və ya heç olmasa, Qranadada (2023-cü ilin oktyabrında -İF) ləğv edilmiş liderlərin görüşü kontekstində təəssüflə müşahidə etdiyimiz kimi, bu vacib normallaşma prosesinə zərər verə biləcək hərəkətlərdən çəkinməyə” çağırıb.
“Biz buna təəssüf edirik, çünki bu proses tərəflərin mövqelərinin yaxınlaşmasında faydalı ola bilərdi”, - nazir vurğulayıb.
Bayramov əlavə edib ki, Azərbaycan öz haqlı narahatlığını hərtərəfli və açıq şəkildə bildirib. “Bununla belə, bir çox hallarda hələ də qeyri-konstruktiv addımların şahidi oluruq”, - nazir qeyd edib.
“Aİ-nin Ermənistandakı monitorinq missiyasına gəlincə, ilkin vədlərə əməl olunmayıb, anlaşma pozulub və mandat özbaşına genişləndirilib. Bu missiya, regionda sabitliyə və Ermənistanla Azərbaycan arasında etimada töhfə vermək kimi bəyan etdiyi məqsədlərinə nail ola bilmədi. Əksinə, bu missiya Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə istifadə olunur”, - XİN başçsı bəyan edib.
Onun sözlərinə görə, Ermənistanı, o cümlədən Aİ vasitəsilə silahlandırmaq kimi sabitliyi daha da pozan təşəbbüslər irəli sürülür.“Bu cür təşəbbüslərin Aİ-nin “tərəfsiz vasitəçi” kimi etibarı və ümumilikdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması səyləri üçün mənfi nəticələri qaçılmazdır. Bir tərəfdaşı digərinə qarşı silahlandırmaq və ya başqa şəkildə istifadə etmək heç bir halda Şərq Tərəfdaşlığının elan edilmiş məqsədlərinə uyğun ola bilməz”, - Bayramov deyib.
Nazir bir daha bütün aidiyyəti tərəfləri Azərbaycan və Ermənistan arasında normallaşmaya zərər verməməyə çağırıb. “Biz hamımız birlikdə, Avropa təcrübəsinə əsaslanaraq Cənubi Qafqazı qarşıdurma zonasından əməkdaşlıq sahəsinə çevirməyə çalışmalıyıq. Biz Ermənistana etdiyimiz bərabər və ədalətli sülh təklifimizi bir daha təkrarlayırıq və ikitərəfli əsasda və ya hər hansı qərəzsiz və neytral üçüncü tərəfin vasitəçiliyi ilə işləməyə çağırırıq. Biz Ermənistandan qarşılıqlı səmimi fədakarlıq gözləyirik. Sülhün və mehriban qonşuluq münasibətlərinin faydaları bəzi uzağı görə bilməyən geosiyasi manipulyasiyalara qurban verilməməlidir”, - Bayramov yekun vurub. **
B.Rüstəmbəyov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət