Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) $60 milyon məbləğində kredit ayırıb.
Bankdan “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, AYİB-in Direktorlar Şurası dekabrın 13-də ASCO-ya kreditin ayrılmasını təsdiqləyib.
“Kredit vəsaiti ASCO-nun beynəlxalq əməliyyatların genişləndirilməsi strategiyası çərçivəsində 2 quru yük gəmisinin alınmasına yönəldiləcək. Bu layihə ASCO-ya Xəzər dənizindən kənarda - beynəlxalq sularda əməliyyatları genişləndirməyə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) çərçivəsində regional əlaqə və ticarət münasibətlərini gücləndirməyə imkan verəcək”, - deyə bankdan bildirilib.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. AYİB bu günədək respublikada 189 layihənin maliyyələşdirilməsi üçün 3,7 milyard avro kredit ayırıb. 2023-cü il oktyabrın 31-nə bankın Azərbaycandakı 31 layihə üzrə cari portfeli 948 milyon avro təşkil edir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət