Azərbaycan prezidenti İlham Əliyev Ağdam rayonuna səfəri çərçivəsində Baş Qərvənd, Salahlı Kəngərli və Qiyaslı kəndlərinin təməlini qoyub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Məlumata əsasən, Baş Qərvənd kəndinin ümumi ərazisi 476 hektardır. Kənddə 6,057 min nəfərin məskunlaşması və ümumilikdə 1,495 min fərdi evin tikilməsi nəzərdə tutulub.
Layihənin birinci mərhələsi üçün 202 hektardan çox torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 851 ailənin - 3703 nəfərin köçürülməsi planlaşdırılır. Bunun üçün bu mərhələdə 851 ev inşa ediləcək. Bu evlərin 170-i ikiotaqlı, 425-i üçotaqlı, 213-ü dördotaqlı, 43-ü isə beşotaqlı olacaq.
Burada inzibati bina, klub icma mərkəzi, tibb məntəqəsi, aptek, mehmanxana, bazar və bir sıra xidmət müəssisələri yaradılacaq.
Salahlı Kəngərli kəndinin ümumi ərazisi 178 hektara yaxındır. Salahlı Kəngərli kəndində 1 376 nəfərin məskunlaşması nəzərdə tutulub. Layihə üzrə kənddə ümumilikdə 418 fərdi ev tikiləcək.
Məhəllələrin salınmasının birinci mərhələsi üçün 99 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 850 nəfərin köçürülməsi üçün 150 fərdi evin tikilməsi planlaşdırılır.
Salahlı Kəngərli kəndində 480 şagird yerlik məktəb, 80 yerlik isə uşaq bağçası və digər sosial obyektlər inşa olunacaq.
Qiyaslı kəndinin ümumi ərazisi 400 hektara yaxındır. Qiyaslı kəndində 4 972 nəfərin məskunlaşması planlaşdırılıb. Kənddə ümumilikdə 1,323 min fərdi evin tikilməsi nəzərdə tutulub.
Qiyaslı kəndində 540 şagird yerlik məktəb, 180 yerlik isə iki uşaq bağçası və digər sosial obyektlər inşa olunacaq.
Hər üç kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq.
Kəndlərdə enerji daşıyıcılarına qənaət etmək məqsədilə alternativ enerjidən istifadə olunacaq. **
X.Nəsirzadə
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət