Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan 181,2 min ton metanol idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 12,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Aİ-nin Statistika İdarəsinin (Avrostat) materiallarına istinadən xəbər verir.
Hesabat dövründə tədarükün dəyəri 19,3% - 68,8 milyon avroya qədər azalıb.
Yanvar-oktyabr aylarında Rumıniya metanolun əsas alıcısı olaraq qalıb. Bu dövrdə metanol idxalçılarının ilk beşliyi dəyişməyib: Rumıniya - 23,4 milyon avro dəyərində (artım 0,4%) 64,7 min ton (artım 24,7%), İtaliya - 17,2 milyon avro dəyərində (azalma 4%) 54,6 min ton (artım 26,9%), Niderland - 11,2 milyon avro dəyərində (azalma 3,5 dəfə) 41,2 min ton (azalma 2,6 dəfə), İspaniya - 3,5 milyon avro dəyərində (artım 3 dəfə) 10,5 min ton (artım 3,5 dəfə), Litva - 1,8 milyon avro dəyərində (artım 14,6%) 6,2 min ton (artım 23,9%).
Statistik məlumatlara görə, 2023-cü ilin oktyabr ayında Azərbaycan Aİ ölkələrinə 2,6 milyon avro dəyərində (azalma 4,3 dəfə) 9,1 min ton metanol (azalma 3,4 dəfə) ixrac edib. Hesabat dövründə Rumıniya 2,1 milyon avro dəyərində (azalma 29%) 7,4 min ton (artım 9,6%), Litva 0,5 milyon avro dəyərində 1,7 min ton metanol (bir il əvvəl idxal həyata keçirilməyib) idxal edib.
Avrostatın məlumatına görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycandan 104,4 milyon avro dəyərində (2021-ci illə müqayisədə artım 3,5 dəfə) 261,7 min ton metanol (artım 3,1 dəfə) idxal edib.*
R.Kərimov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət