Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan 112,3 min ton karbamid idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,8 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Aİ-nin Statistika İdarəsinin (Avrostat) materiallarına istinadən xəbər verir.
Hesabat dövründə tədarükün dəyəri 1,5% - 43,4 milyon avroya qədər artıb.
10 ay ərzində Rumıniya karbamidin əsas alıcısı olaraq qalıb, İspaniya Yunanıstanı üçüncü pillədən sıxışdırıb çıxararaq ilk üçlüyə daxil olub, Sloveniya isə beşinci pilləyə enib.
Yanvar-oktyabr aylarında karbamid idxalçılarının ilk beşliyində Rumıniya (23,6 milyon avro dəyərində (azalma 16,8%) 63,4 min ton (artım 48,4%), İtaliya (7,8 milyon avro dəyərində 19,4 min ton (bir il əvvəl tədarük həyata keçirilməyib), İspaniya (7,3 milyon avro dəyərində 19 min ton (bir il əvvəl tədarük həyata keçirilməyib), Yunanıstan (2,8 milyon avro dəyərində (artım 46,4%) 5,5 min ton (artım 2 dəfə) və Sloveniya (1,8 milyon avro dəyərində 4,8 min ton (bir il əvvəl tədarük həyata keçirilməyib) yer alıb.
Statistik məlumatlara görə, 2023-cü ilin oktyabr ayında Azərbaycan Aİ ölkələrinə 7,7 milyon avro dəyərində (azalma 2,3 dəfə) 20,2 min ton karbamid (azalma 16,6%) ixrac edib.
Oktyabrda İspaniya iki ilə yaxın fasilədən sonra (daha əvvəl 2021-ci ilin dekabr ayında) Azərbaycandan karbamid idxalını bərpa edərək 7,3 milyon avro dəyərində 19 min ton karbamid alıb. Rumıniya isə 0,4 milyon avro dəyərində (azalma 8,3 dəfə) 1,2 min ton karbamid (azalma 4,5 dəfə) idxal edib.
Avrostatın məlumatına görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycandan 53,8 milyon avro dəyərində (artım 74,2%) 78,7 min ton karbamid (2021-ci illə müqayisədə artım 31,9%) idxal edib.
Azərbaycanda mineral gübrə istehsalı ilə SOCAR Carbamide Plant məşğul olur.
SOCAR Carbamide Plant 2019-cu il yanvarın 16-da istismara verilib, iyunda müəssisə karbamid ixracına başlayıb. Müəssisə ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarətdir, gündəlik istehsal gücü 1,2 min ton ammonyak və 2 min ton karbamid təşkil edir.
Zavodun tikintisinin ümumi dəyəri 780 milyon avro təşkil edib. Bu məbləğdən 500 milyon avro borc vəsaitin payına düşüb.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət