2023-cü ildə Azərbaycanın xarici ticarətinin müsbət saldosu $16 milyard 613 milyon 210,17 min təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən 29,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsi $51 milyard 183 milyon 899,55 min (2022-ci illə müqayisədə azalma 2,9% - İF) təşkil edib. Hesabat dövründə ixracın həcmi $33 milyard 898 milyon 554,86 min (azalma 11,1%), idxalın həcmi $17 milyard 285 milyon 344,69 min (artım 18,9%) təşkil edib.
İxracın strukturunda əsas həcm (90,12%) neft-qaz sektoru məhsullarının payına düşüb.
İdxalın strukturunda 12,5% ərzaq məhsullarının, 0,69% tütün və tütün məhsullarının, 3,24% əczaçılıq məhsullarının, 0,42% gübrələrin, 3,03% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,25% oduncaq və ondan hazırlanan məmulatların, 2,4% geyim və geyim aksessuarlarının, 6,37% qara metallar və onlardan hazırlanan məmulatların, 20,04% maşın, mexanizm, elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 16,56% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,76% mebelin, 31,74% digər məhsulların payına düşüb.
Xarici ticarət əməliyyatlarında 10606 özəl və dövlət müəssisəsi və 61161 fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan 193 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 44,86%-i), Türkiyə (15,81%), İsrail (4,13%), Yunanıstan (4,02%), Hindistan (3,64%), Rusiya (3,53%), Almaniya (2,68%), İspaniya (2,32%), Gürcüstan (2,24%) və Çexiya (2,02%) ilə, əsas idxal əməliyyatlarını isə Rusiya (18,29%), Çin (17,49%), Türkiyə (13,26%), Almaniya (5,3%), ABŞ (5,14%), Türkmənistan (3,98%), İtaliya (2,76%), İran (2,74%), Yaponiya (2,52%) və Koreya (2,48%) ilə həyata keçirib.
2022-ci ildə Azərbaycanın xarici ticarətinin müsbət saldosu neft və qaz qiymətlərinin yüksək olması fonunda $23 milyard 606 milyon 771,14 min təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 2,2 dəfə çoxdur.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət