İsrailin baş naziri Benyamin Netanyahu bu gün ümummilli mətbuat konfransı zamanı Qəzza zolağında əməliyyat başa çatdıqdan sonra Fələstin dövlətinin yaradılmasını mümkün hesab etmədiyini və bu mövqeyi ABŞ-a bildirdiyini bəyan edib.
“Netanyahu Fələstin dövlətçiliyi ideyasını rədd edib və bu mövqeyi amerikalıların diqqətinə çatdırdığını bildirib”, - deyə “Associated Press” qeyd edib.
“İstənilən gələcək razılaşmalara görə (...) İsrailin İordan çayının qərbindəki bütün ərazilər üzərində təhlükəsizliyə nəzarət etməsi vacibdir. Bu, suverenlik ideyasına ziddir. Bu halda biz nə edə bilərik? Baş nazir dostlarımıza “yox” deməyi bacarmalıdır”, - deyə Netanyahu vurğulayıb.
“The Times of Israel” nəşrinin məlumatına görə, Netanyahu qeyd edib ki, bu cür siyasət İsrailin ərəb dövlətləri ilə münasibətləri yaxşılaşdırmağa davam etməsinə mane olmayacaq.
Onun sözlərinə görə, İsrail HƏMAS qruplaşması tamamilə məğlub olana qədər mübarizəni davam etdirəcək, lakin qələbə uzun aylar çəkə bilər. Qəzzada İsrail üçün təhlükənin bir daha olmayacağına nail olmaq lazımdır. Söhbət həm də bu anklavdakı birləşmələrin tərksilah edilməsindən, İsrailin ərazi üzərində təhlükəsizliyə və Qəzzaya yük tədarükünə nəzarət etməsindən gedir.*
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət