BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel 16-20 yanvar tarixlərində Bakıda 5 günlük planlaşdırılmış işgüzar səfərdə olub.
“BP qrupunun bir sıra yüksək səviyyəli mütəxəssislərinin də daxil olduğu səfərdə məqsəd şirkətin regiondakı biznesinin gedişi və əməliyyatçısı olduğu layihələr üzrə 2024-cü il üçün planlaşdırılmış işlərlə tanış olmaq olub”, - deyə “BP-Azerbaijan” şirkətinin məlumatında bildirilir.
Səfər zamanı Birrel şirkətin regiondakı işçi heyəti ilə də görüşüb və BP-nin əməliyyatçısı olduğu layihələrdəki hazırkı vəziyyət və görüləsi perspektiv işlər haqqında şirkətin regional rəhbərliyi ilə müzakirələr aparıb.
Birrel, həmçinin dənizdə yeni quraşdırılmış Azəri Mərkəzi Şərqi (ACE) platformasına səfər edib və bu ilin əvvəllərinə planlaşdırılmış ilk ACE neftinin əldə olunması üçün aparılan hazırlıq işləri ilə tanış olub.
Səfər proqramı çərçivəsində Birrellə Azərbaycan Respublikasının baş naziri Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və SOCAR-ın prezidenti Rövşən Nəcəf arasında işgüzar görüşlər olub.
“Bu görüşlərdə BP-nin dünya üzrə, həmçinin regiondakı biznesinin gedişi, icraçısı olduğu enerji layihələri çərçivəsində görülən işlərin hazırkı vəziyyəti və BP-nin Azərbaycanın enerji keçidinə dəstək məqsədli fəaliyyətləri ilə bağlı məsələlər müzakirə olunub”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət