Çərşənbə axşamı Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ-ın İrəvandakı səfiri Kristina Kvin arasında görüş zamanı İrəvan-Vaşinqtonla münasibətlərinin dərinləşməsi müzakirə olunub.
"Baş nazir Ermənistan-ABŞ əməkdaşlığının daim inkişafının vacibliyini bəyan edib və Ermənistanda demokratik islahatların səmərəli həyata keçirilməsində ABŞ-ın dəstəyini vurğulayıb. Nikol Paşinyan qeyd edib ki, Ermənistan hökuməti ABŞ-ın Ermənistan-Azərbaycan sülh prosesindəki səylərini və regionda sabitliyin qurulmasına yönəlmiş addımlarını yüksək qiymətləndirir", - Ermənistan hökumətinin mətbuat xidməti məlumat verir.
Qeyd olunur ki, Paşinyan və Kvin «müxtəlif istiqamətlərdə ikitərəfli əməkdaşlığın dərinləşməsi ilə bağlı məsələləri, həmçinin Ermənistan-ABŞ strateji dialoqunu müzakirə ediblər».
«Cənubi Qafqazda baş verən proseslər, regional infrastrukturların açılması imkanları ilə bağlı fikir mübadiləsi aparılıb», - hökumətdən bildirilib. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət