2024-cü ilin yanvar ayında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 2 milyard 269 milyon 40,195 min manat təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisindən 54,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BFB-dən məlumat verilib.
507 milyon 622,539 min manat (azalma 21,5%) dövlət qiymətli kağızları ilə əqdlərin payına düşüb. Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların həcmi 244 milyon 942,061 min manat (artım 34,3%) olub. İlkin bazarda 181 milyon 44,09 min manatlıq, təkrar bazarda 63 milyon 897,971 min manatlıq istiqraz yerləşdirilib.
Hesabat dövründə AMB-nin qısamüddətli notlarının yerləşdirilmə həcmi 262 milyon 680,479 min manat (azalma 1,8 dəfə) təşkil edib. İlkin bazarda 176 milyon 505,074 min manatlıq, təkrar bazarda 86 milyon 175,405 min manatlıq not yerləşdirilib.
Yanvarda BFB-nin ümumi dövriyyəsində 156 milyon 182,08 min manat (artım 4,3 dəfə) korporativ bazarın, o cümlədən 86 milyon 711,876 min manat ilkin bazarın, 69 milyon 470,205 min manat təkrar bazarın payına düşüb.
İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilmə həcmi 105 milyon 271,697 min manat, sair korporativ istiqrazların yerləşdirilmə həcmi 50 milyon 240,31 min manat, səhmlərin yerləşdirilmə həcmi 670,073 min manat təşkil edib.
Hesabat ayında BFB-nin ümumi dövriyyəsində 1 milyard 605 milyon 235,575 min manat repo əməliyyatlarının (artım 2 dəfə) payına düşüb.
BFB-nin məlumatına görə, yanvarın sonuna birjanın kapitallaşması 5 milyard 768 milyon 811,684 min manat təşkil edib ki, bu da 2023-cü ilin sonuna olan göstəricidən 15,4% çoxdur.
2023-cü ildə BFB-də bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 27 milyard 335 milyon 355,405 min manat təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən 1,8 dəfə çoxdur.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət