2023-cü ildə “Azəri-Çıraq-Günəşli” blokunda (AÇG) 133 milyon barelə yaxın (18 mlyon ton) neft hasil edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “BP Exploration (Caspian Sea) Limited” şirkətindən (layihənin operatoru – İF) məlumat verilib.
Xəbər verildiyi kimi, 2022-ci ildə AÇG blokundan ümumilikdə 152 milyon barel neft (20 milyon ton) hasil edilmişdi. Beləliklə, 2023-cü ildə həmin müqavilə sahəsindən neft hasilatı 12,5% azalıb.
BP-nin məlumatına görə, 2023-cü ildə şirkət blokun işlənməsi layihəsi üzrə xərcləri 2022-ci illə müqayisədə 3,4% - $2 milyard 22 milyona qədər azaldıb. Bunun $504 milyonu əməliyyat xərclərinin, $1 milyard 518 milyonu isə əsaslı xərclərin payına düşüb.
2023-cü ildə blokdan gündə orta hesabla 363 min barel (2022-ci ildə 415,4 min barel), o cümlədən “Çıraq” platformasından 23 min barel (25,2 min barel), “Mərkəzi Azəri” platformasından 96 min barel (104,1 min barel), “Qərbi Azəri” platformasından 86 min barel (106,4 min barel), “Şərqi Azəri” platformasından 58 min barel (64 min barel), “Dərinsulu Günəşli” platformasından 67 min barel (76,3 min barel), “Qərbi Çıraq” platformasından 33 min barel neft (39,4 min barel) hasil edilib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi haqqında 2050-ci ilədək olan dövrü əhatə edən yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir. 2023-cü ilin dekabr ayında SOCAR tərəfindən “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə “Equinor” şirkətinə məxsus iştirak payının alınmasına dair saziş imzalanıb. İştirak payının alınmasına dair əqd bütün tənzimləyici tələblərin və müqavilə öhdəliklərinin şərtlərinə əməl edilməklə başa çatdırılacaq.
“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci il fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət