Xəzər dənizinin Azərbaycan sektorunda «Şahdəniz» yatağından təbii qaz hasilatı ən yüksək səviyyəyə - 26 milyard kubmetrə çatıb, bp bu səviyyəni bir neçə il ərzində saxlamağı planlaşdırır. Bu barədə BP-nin Xəzər və Yaxın Şərq regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bəyan edib.
"2023-cü ilin yekunlarına əsasən “Şahdəniz” yatağında 26 milyard kubmetr qaz və 4 milyon ton kondensat hasil edilib. Bu, hazırda imkanların faktiki olaraq maksimum həddidir, yəni qaz ehtiyatları hasilatının pik həddinə çatmışıq", - Aslanbəyli “CBC” telekanalına müsahibəsində bildirib.
«İnterfaks-Azərbaycan» onun sözlərindən sitat gətirərək məlumat verir ki, hazırda “Şahdəniz” yatağında gündəlik təxminən 72 milyon kubmetr qaz hasil olunur. «Yeni layihələr hesabına biz bu səviyyəni bir neçə il ərzində saxlamağa çalışacağıq», - vitse-prezident deyib.
O əlavə edib ki, hazırda “Şahdəniz” yatağının şərq cinahında SDX-8 kəşfiyyat quyusunun qazılması üzrə məlumatların izahı ilə bağlı işlər aparılır. "Artıq izahın nəticələrinə əsasən “Şahdəniz” yatağının dərin qatlarındakı qazın həcmi barədə fikir bildirmək mümkün olacaq. Hazırda bizim və SOCAR şirkətinin ekspertləri həcm və bu resursların necə ixrac olunması planları haqqında ümumi məxrəcə gəlmək üçün müxtəlif ssenariləri öyrənirlər", - Aslanbəyli bildirib.
Xəbər verildiyi kimi, “BP-Azerbaijan” şirkəti 2023-cü ildə “Şahdəniz” yatağından 26 milyard kubmetr qaz hasil edib ki, bu da 2022-ci ilin göstəricisindən 4% çoxdur.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları bp (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), NICO (10%) və “Cənub Qaz Dəhlizi” QSC-dir (21,02%).
Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət