Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin hesab edir ki, Cənubi Qafqazın gələcəyini region ölkələri müəyyən etməlidir.
“Hesab edirik ki, Cənubi Qafqazın gələcəyini regionu ümumi evləri hesab edən ölkələr müəyyən etməlidir. Nə ABŞ, nə Fransa, nə də Avropa İttifaqı dövlətləri bu ölkələrə aid deyil. Regiondan kənar qüvvələrin bölgəyə cəlb edilməsini səmərəsiz hesab edirik. Təəssüf ki, rəsmi İrəvan son vaxtlar buna meyllidir. Biz görürük ki, ABŞ, onun Avropa İttifaqı və NATO-dan olan əlaltılarının müdaxilə etdiyi ölkələrin və ya regionların heç birində sabitlik və dayanıqlı sülh yaranmayıb. Yalnız xaos, dövlətçiliyin və sabitliyin pozulması olub”, - deyə M.Qaluzin “İzvestiya” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Qərbin Cənubi Qafqaz regionunda maraqları Ermənistana Azərbaycanla münasibətləri normallaşdırmağa, dayanıqlı sülh və sabitliyə nail olmağa kömək etməklə deyil, Rusiyanı bu prosesdən uzaqlaşdırmaq və onun sərhədləri yaxınlığında daha bir gərginlik mənbəyi yaratmaqla bağlıdır.
M.Qaluzin fevralın 12-13-də Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidenti də şərh edib. “Rusiya tərəfi həmişə Ermənistan-Azərbaycan nizamlanmasının hər iki iştirakçısını təmas xəttində maksimum təmkinli olmağa çağırıb. Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidentlə əlaqədar bir daha demək istəyirəm ki, biz hər iki tərəfi heç bir insidentin, xüsusilə atəş açılması, insanların həlak olması və yaralanması ilə bağlı heç bir hadisənin baş verməməsi üçün təmkinli olmağa çağırırıq. Təbii ki, bu cür insidentlər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının təşviqi üçün müsbət mühitin yaradılmasına kömək edə bilməz”, - deyə o vurğulayıb.*
Xəbərlər şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət