“Fitch Ratings” Beynəlxalq reytinq agentliyi 2024-cü ildə ÜDM-in artımını 2,8%, 2025-ci ildə - 2,5% səviyyəsində proqnozlaşdırır.
“2023-cü ildə ÜDM-in artımı 1,1%-dək azalıb (2022-ci ildə 4,6%-dən - İF), bu da neft-qaz sektorunda azalmanı və bəzi əsas qeyri-neft sektorlarında, xüsusilə nəqliyyatda pandemiyadan sonrakı artımın yumşalması ilə əlaqədardır. Biz artımın 2024-cü ildə 2,8%-ə və 2025-ci ildə 2,5%-ə qədər bərpa ediləcəyini gözləyirik, bu da dövlət sərmayəsi ilə dəstəklənəcək”, - “İnterfaks-Azərbaycan” agentliyin press-relizinə istinadən xəbər verir.
Fitch-də hesab edirlər ki, ölkədə neft hasilatının azalması templəri yeni platformadan hasilata başlanması hesabına (“Mərkəzi-Şərqi Azəri”, 2024-cü ildə hasilata balamaq planlaşdırılır - İF) bir qədər azalacaq.
Agentliyin analitikləri hesab edirlər ki, dövlətin iqtisadiyyatda fəal iştirakı onun şaxələndirilməsinin qarşısını alır.
Fitch-də Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutalarına nisbətən milli valyutanın güclü məzənnəsi, həmçinin qida məhsullarının dünya qiymətlərinin azalması sayəsində 2023-cü ildə Azərbaycanda orta illik inflyasiya səviyyəsinin 9%-dək azalması (2022-ci ildə - 13,9% - İF) qeyd edirlər.
«Biz proqnozlaşdırırıq ki, 2024-cü ildə orta illik inflyasiya 4,5%-ə enəcək», - agentlik vurğulayır.
Azərbaycan İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkənin ÜDM-in artımını 2,4%, 2025-ci ildə isə 2,9% səviyyəsində proqnozlaşdırır.
Azərbaycanda 2024-cü ildə İqtisadiyyat Nazirliyi tərəfindən orta illik inflyasiya 5,3% səviyyəsində proqnozlaşdırılır. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət