Azərbaycan 2023-cü ildə Bolqarıstana boru kəməri qazının tədarükünə görə birinci, İtaliya və Yunanıstana nəql həcminə görə ikinci yerdədir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Aİ-nin Statistika İdarəsinin (Avrostat) məlumatına istinadən xəbər verir.
Avrostatın məlumatına görə, 2023-cü ildə Avropa İttifaqı (Aİ) ölkələri - İtaliya, Yunanıstan və Bolqarıstan Azərbaycandan rekord həcmdə təbii qaz idxal ediblər - təxminən 492,9 min teracoul, 2022-ci illə müqayisədə tədarük 2,5% artıb. Nəql olunan qazın dəyəri təxminən 6,2 milyard avro təşkil edir (ildən ilə azalma 2,5 dəfə).
Ötən ilin yekunlarına görə Azərbaycan Aİ-yə ən böyük 5 boru kəməri ixracatçısı sırasına daxil olub, Əlcəzair (14,3 milyard avro dəyərində 1,1 milyon teracoul, Norveç (17,5 milyard avro dəyərində 958 min teracoul), Böyük Britaniya (11,3 milyard avro dəyərində 767,2 min teracoul) və Rusiyadan (7,8 milyard avro dəyərində 591,6 min teracoul) sonra ən böyük beşinci tədarükçü olub.
İtaliya
2023-cü ildə Azərbaycan (372 min teracoul) Əlcəzairdən (871,3 min teracoul) sonra Italiyaya boru kəməri qazının nəqlinin həcminə görə ikinci tədarükçü olub.
Ötən il Italiya Azərbaycandan qaz idxalını 2022-ci illə müqayisədə 3,6% azaldıb. 2023-cü ildə Italiyanın Azərbaycandan idxal etdiyi qazın dəyəri təxminən 5 milyard avro qiymətləndirilir (ildən ilə azalma 2,7 dəfə). Gəlirin belə azalması 2023-cü ildə qazın qiymətinin 2022-ci ilə nisbətən daha aşağı olması ilə əlaqədardır.
İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinin məlumatına görə, 2023-cü ildə İtaliya Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Azərbaycandan təxminən 10 milyard kubmetr (azalma 3,2%) qaz alıb.
Yunanıstan
2023-cü ildə Azərbaycan (83,1 min teracoul) Rusiyadan sonra (132,6 min teracoul) Yunanıstana boru kəməri qaz ixracatçıları arasında ikinci yer tutur.
Ötən il Yunanıstan Azərbaycandan rekord həcmdə təbii qaz idxal edib, 2022-ci illə müqayisədə idxal 17% artıb. Tədarük olunan qazın dəyəri 871,9 milyon avro təşkil edib (azalma 2,2 dəfə).
Bolqarıstan
2023-cü ildə Azərbaycan Bolqarıstana boru kəməri qazının əsas tədarükçüsü olub.
Avrostatın məlumatına görə, Bolqarıstan Azərbaycandan rekord həcmdə təbii qaz idxal edib - 37,7 min teracoul, 2022-ci illə müqayisədə idxal 58% artıb. Nəql olunan qazın dəyəri 311,5 milyon avro təşkil edib (azalma 18,7%).**
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət