Ermənistan KTMT-dən respublikada təşkilatın məsuliyyət zonası ilə bağlı suala cavab gözləyir. Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bəyan edib.
"Biz KTMT-yə cavabsız qalan bir sual verdik. KTMT-nin məsuliyyət zonası haradadır, Ermənistan Respublikasının sərhədlərini tanıyırsınız, Ermənistan KTMT-yə hansı sərhədlərdə üzv olub?" - Simonyan çərşənbə axşamı jurnalistlərə bildirib.
Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistanın «KTMT-də iştirakını dondurub» bəyanatına toxunan Simonyan qeyd edib ki, ölkənin baş naziri «bizim KTMT-nin fəaliyyətində faktiki iştirak etməməyimiz dondurulmuş münasibətləri ifadə etdiyini» təsdiq edib.
Bundan əlavə, Simonyanın fikrincə, İrəvanın «Zvartnots» beynəlxalq hava limanında Rusiya Federasiyası Federal TəhlükəsizlikXidmətininSərhədXidmətinin fəaliyyəti dayandırılmalıdır.
«Düşünürəm ki, onlar (Rusiya sərhədçiləri - İF) oradan çıxsalar düzgün olar», - o deyib.
Onun sözlərinə görə, Ermənistan sərhədlərinə özü nəzarət edə və qoruya bilir.
"Biz özümüz ölkəmizin sərhədlərini qoruyacağıq. Əmin deyiləm ki, onlar (Rusiya sərhədçiləri - İF) sərhədlərimizi qoruyacaqlar", - Ermənistan parlamentinin rəhbəri bildirib.
Ermənistanın 102-ci Rusiya hərbi bazasının çıxarılması məsələsinə baxıb-baxmadığı ilə bağlı suala o cavab verib: «Siz çox tələsirsiniz». **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət