31 yanvar 2024-cü il tarixinə Azərbaycanda banklar tərəfindən 3,116 min ədəd bankomat quraşdırılıb ki, bu da 2023-cü ilin sonuna olan göstəricidən 0,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Yanvarın sonuna Bakıda 1610 ədəd (azalma 0,7%), bölgələrdə 1506 ədəd (artım 1%) bankomat quraşdırılıb.
Respublika ərazisindəki ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 88,751 min ədəd təşkil edib ki, bu da 2023-cü ilin sonuna olan göstəricidən 2,7% çoxdur.
Bununla yanaşı, Bakıda 58,25 min ədəd (artım 2,1%), regionlarda 30,501 min ədəd (artım 4%) pos-terminal quraşdırılıb.
Hesabat dövründə pərakəndə ticarət obyektlərində 85,936 min ədəd pos-terminal və ya bütün pos-terminalların 96,8%-i quraşdırılıb.
AMB-nin məlumatına görə, yanvarın sonuna təmassız ödənişləri qəbul edən pos-terminalların sayı 85,781 min ədəd (artım 3,4%) təşkil edib.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət