Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, ölkəmizin Ermənistana hücum etmək planları yoxdur.
“Bizdə belə planlar (Ermənistana hücum etmək - İF) yoxdur. Onlar cənab Makronun (Fransa prezidenti -İF) insinuasiyalarıdır”, - Əliyev çərşənbə günü Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
Onun sözlərinə görə, “bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib”.
Əliyev bəyan edib ki, Bakı Aİ diplomatiyasının rəhbəri Cozef Borrelin bəyanatlarından məyus olub, Azərbaycanda onları qeyri-adekvat hesab edirlər.
O vurğulayıb ki, Aİ diplomatiyasının rəhbərinin bu bəyanatları “heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir”, əlavə edib ki, Azərbaycan tərəfi bu bəyanatları Bakıya qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir.
“Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır”, - Əliyev bəyan edib.
Onun fikrincə, bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir.
Eyni zamanda, Əliyev Almaniya kansleri Olaf Şoltsun təşəbbüsü ilə Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün (17 fevral - İF) “sülh prosesinə dinamizm gətirilməsi baxımından” önəmini vurğuladı.
O, həmçinin qeyd edib ki, Almaniya tərəfinin təklifi ilə xarici işlər nazirləri arasında Berlində görüşün keçirilməsi (28-29 fevral - İF) Azərbaycan tərəfindən dəstəklənir
Azərbaycanb prezidentinin sözlərinə görə, Almaniya qonşuluğunda yerləşən, “alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir”.
“Beynəlxalq hüququn normaları bizim tərəfimizdədir”, – deyən Azərvaycan prezidenti vurğuladı ki, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı Bakını hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. “Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır”, - o vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra “biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq. Bizim bu cavab bir neçə dəqiqə çəkdi və Ermənistanın bunu dərk etməsinə kifayət etdi ki, azərbaycanlıların öldürülməsi cəhdi cəzasız qalmayacaq və dediyim kimi, ötən ilin sentyabrından bu hadisə istisna olmaqla sərhəddə sakitçilik hökm sürür”.
“Deməli, cənab Borrel və cənab Makron bu informasiyanı reallıqdan deyil, öz xəyallarından götürürlər”, - Əliyev bəyan edib.
Əliyev qeyd etdi ki, Azərbaycan sülh prosesinə sadiqdir.**
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət