Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Bakıda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə keçirilən Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasının tarixi önəmini qeyd edib.
Əliyev bəyan edib ki, Tokayevin səfərinin və Dövlətlərarası Şuranın iclasının nəticələri iki ölkə arasında münasibətlərin gələcək gündəliyini bir çox mənada müəyyənləşdirəcək.
"Qazaxıstan və Azərbaycan iki qardaş dövlətdir. Son vaxtlar qarşılıqlı səfərlərimizin dinamikası çox əyanidir və münasibətlərə yeni dinamizm verildiyini göstərir. Biz Qazaxıstanın uğurlarından məmnunuq. Sizi və bütün qardaş Qazaxıstan xalqını sosial-iqtisadi və innovativ inkişafda çox təsirli nailiyyətləriniz münasibətilə təbrik etmək istərdim. Bizi birləşdirən layihələrdən də ətraflı danışdıq. Mən Qarabağın bərpasında qardaş köməyinə görə Qazaxıstan Prezidentinə minnətdarlığımı bildirdim. Fizuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi qazax xalqının Azərbaycan xalqına hədiyyəsidir və Prezident Tokayevin təşəbbüsüdür. Sabah dostluğumuzun mərkəzi olacaq bu mərkəzin açılışını edəcəyik. Biz Azərbaycanın suverenliyinin bərpası işində həmrəylik sözlərinə görə minnətdarıq. Əlbəttə, düşünürəm ki, Azərbaycanda hamı bilir ki, Qazaxıstan etibarlı dostumuz və müttəfiqimizdir", - Qazaxıstan prezidentinin saytı Əliyevin sözlərindən sitat gətirib.
Öz növbəsində, Tokayev İlham Əliyevi Azərbaycanda keçirilən prezident seçkilərində (7 fevral 2024-cü ildə - İF) inamlı qələbəsi münasibətilə bir daha təbrik edib. Onun sözlərinə görə, səsvermənin nəticələri Azərbaycan liderinin strateji kursuna yüksək etimadın və ümumxalq dəstəyinin əyani sübutudur. "Siz Azərbaycan xalqının həqiqi liderisiniz və beynəlxalq aləmdə sizi məhz bu keyfiyyətə görə qəbul edirlər. Bundan əlavə, biz Azərbaycanın tarixi qələbəsinə və öz ərazisi üzərində suverenliyinin bərpasına görə həqiqətən sevinirik", - Qazaxıstan prezidenti vurğulayıb.
Qazaxıstan lideri Astana və Bakının yüksək səviyyəli əməkdaşlıq nümayiş etdirdiyini, birgə işlərin yeni istiqamətlərini inkişaf etdirdiyini xüsusi vurğulayıb.
"Biz yalnız ticarət-iqtisadi, investisiya əməkdaşlığımız, beynəlxalq aləmdəki qarşılıqlı əlaqələrimizlə bağlı bütün məsələlərin ətraflı müzakirəsini apardıq və ümumi nəticələrə gəldik. Bu onu göstərir ki, Qazaxıstan və Azərbaycan həqiqətən strateji tərəfdaş, müttəfiq dövlətlərdir. Perspektivlər çox yaxşıdır, hökumətlər bu gün imzalanmış sənədlər, sazişlər formasında əldə ediləcək razılaşmaların icrası ilə məşğul olacaqlar. Qarşılıqlı fəaliyyət və əməkdaşlıq səviyyəsi olduqca yüksəkdir. Mən COP29 sammitində iştirak etmək üçün dəvəti böyük təşəkkürlə qəbul edirəm - bu, Azərbaycan dövlətinin və onun diplomatiyasının böyük tarixi nailiyyətidir. Sammit mövcud iqlim problemlərinin həlli və qlobal əməkdaşlıq nöqteyi-nəzərindən çox böyük əhəmiyyətə malikdir. Bakı bu vəzifənin öhdəsindən gələcək", -Tokayev vurğulayıb.
Qazaxıstan lideri Azərbaycanla ticarət-iqtisadi münasibətlərin inkişafının müsbət dinamikasını qeyd edib. "Qazaxıstan və Azərbaycan arasında ticarət dövriyyəsi 2020-ci ildən etibarən beş dəfə artıb. Əlbəttə, rəqəmlər o qədər də təsirli olmaya bilər. Burada işləmək lazımdır, amma dinamikanın özü də müsbət qiymətləndirmələrə səbəb olmaya bilməz. Ölkələrimiz əhəmiyyətli iqtisadi potensiala malikdir. Və düşünürəm ki, növbəti uğurlar çox uzaqda deyil. Həqiqətən, əməkdaşlıq spektri çox genişdir, biz bu gün nəqliyyat və logistikadan başlayaraq, rəqəmsallaşdırma məsələlərinə qədər, neft və qaz haqqında danışdıq", - o qeyd edib.
Tokayev hesab edir ki, Ali Dövlətlərarası Şuranın fəaliyyəti iki ölkənin əməkdaşlığına güclü təkan verəcək və Qazaxıstan-Azərbaycan münasibətlərinin yeni yüksəkliklərə çıxarılmasına töhfə verəcək.
“Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasında ticarət-iqtisadi, investisiya, neft-qaz, nəqliyyat-logistika sahələrində, habelə bərpa olunan enerji mənbələri, rəqəmsal kommunikasiya və mədəni-humanitar əməkdaşlıq sahəsində əməkdaşlığın inkişafı məsələlərinə baxılıb», - «İnterfaks-Azərbaycan” məlumatdan sitat gətirir. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət